ABŞ və Çin liderləri San-Fransiskoda görüşdü

ABŞ prezidenti Co Bayden Kaliforniya ştatının San-Fransisko şəhərində Çin prezidenti Si Cinpin ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, danışıqlar APEC sammiti çərçivəsində baş tutub.

“Şəxsi müzakirələrin əvəzi yoxdur. Mən həmişə müzakirələrimizi birbaşa və səmimi hesab etmişəm və onları həmişə yüksək qiymətləndirmişəm”, – Ağ Evin rəhbəri görüşdən əvvəl deyib.

Bayden bildirib ki, Vaşinqton və Pekin tərəflər arasında rəqabətin “münaqişəyə çevrilməməsini təmin etməlidir. “Biz rəqabəti həmişə məsuliyyətlə idarə etməliyik”, – deyə Amerika lideri bildirib.

Bir gün əvvəl Ağ Evin rəhbəri Çin lideri ilə görüşünün iki ölkə arasında münasibətlərin “normallaşmasına doğru bir addım” olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, normallaşmaya “böhran yarandıqda telefonu götürüb danışa bilmək və orduların bir-biri ilə təmasda olmasını təmin etmək” daxildir.

Sonuncu dəfə Co Bayden və Si Cinpinq 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitində görüşüblər.

Gununsesi.info