
ABŞ və Çin nümayəndə heyətləri Londonda ticarət danışıqlarının ikinci raunduna başlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Pekini Çinin baş nazirinin müavini He Lifen təmsil edir. ABŞ nümayəndə heyətinin tərkibinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Vaşinqtonun ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir daxildirlər.
Qeyd edək ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilmiş danışıqlardan sonra yaradılıb.