Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fevral ayı üzrə gündəlik neft hasilatının həcmi 32,2 milyon barel təşkil edib. Bu da yanvar ayı ilə müqayisədə 80 min barel və ya 0,25% azdır. OPEC ölkələri neft hasilatını azaldığı dönəmdə İran və ABŞ boş qalan bazarı tutmaq uğrunda yarışa girib.
Belə ki, ABŞ neft hasilatını 2018-ci il üçün 11 mln. barel/gün həddinə çatdıracağını bəyan edir. Bununla da ABŞ-ın neft hasilatı üzrə dünya lideri olacağı gözlənilir. ABŞ-da 2017-ci ildə orta gündəlik neft hasilatı 9,2 mln. barel olub. Əgər hasilatı proqnozlaşdırdığı kimi baş verərsə, bu ölkə Səudiyyə Ərəbistanını və Rusiyanı ötəcək.
Digər tərəfdən İran da hasilatını kəskin artırıb.
Gununsesi.info xəbər verir ki, əgər sanksiyalarla bağlı qərar aradan qaldırandan sonra İran sutkada 1 milyon barell neft hasil edirdisə, bu gün artıq 4 milyon barell\günə çatdırıb. Hətta sanksiyalardan sonra 2016-cı ildə xarici bazara cəmi 500 min barell\gün neft çıxarırdı.
İranın Neft Naziri Əmir Hocceyn bildirib ki, hazırda ölkələrinin hasilatı gündəlik 4 milyon barellə yüksəlib. İxrac etdikləri neft və qaz kondensatının həcmi isə 2.6-2.8 milyon barell\günə çatıb. Hətta İran hazırda 2011-ci ilə , yəni sanksiyalardan əvvəlki dövrə qədər ki, olan ixracdan da yüksək neft xarici bazara çıxarır.
Beləliklə, dünya bazarında neftin hazırki qiymətləri ABŞ və İranın neft şirkətləri üçün əlverişli mühit yaradıb.
Vüsalə
Gununsesi.info