ABŞ və Kanada bu ölkəyə zirehli texnika çatdırıb

ABŞ və Kanadanın hərbi təyyarələri Haitinin paytaxtı Port-o-Prensə zirehli texnika çatdırıb.

Publika.az xəbər verir ki, Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş iki ölkə hökumətlərinin birgə bəyanatında deyilir.

HTML tutorial

Orada bildirilir ki, nəqliyyat silahlı dəstələrə qarşı mübarizədə yardım çərçivəsində respublikanın milli polisinə ayrılıb. Mətndə həmçinin deyilir ki, ABŞ və Kanada hökumətləri Haiti ilə birlikdə yerli polis əməkdaşlarını öyrətmək və ümumilikdə hüquq-mühafizə orqanlarının işini təkmilləşdirmək üçün işləyirlər.

Bundan əvvəl Haitinin baş naziri Ariel Henri beynəlxalq ictimaiyyəti silahlı dəstələrə qarşı mübarizədə kömək etməyə, ilk növbədə cinayətkarların bağladığı yolların azad edilməsinə yardım etməyə çağırıb. Bundan sonra BMT-nin baş katibi Antonio Quterreş Haitiyə yardım üçün çevik reaksiya qüvvələrinin yaradılmasını təklif edib. Hələlik BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı heç bir qərar qəbul etməyib.

Gununsesi.info