“ABŞ və NATO Rusiyanın zəmanət tələbini rədd edib” - LAVROV

  • By admin
  • 13 Yanvar 2022 16:39

Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı danışıqlarda ABŞ və müttəfiqlərində olmayan arqumentlər var.

Gununsesi.info-nun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın “Böyük oyun” proqramının efirində deyib.

HTML tutorial

Lavrov qeyd edib ki, Qərbin öz dominantlığını təsdiq etmək cəhdləri Rusiya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişində özünü tam şəkildə göstərib. “Danışıqlara gəlincə, proseslər Qərbin dünya səhnəsində ciddi qarşıdurmanı, öz dominantlığını təsdiqləmək cəhdini, öz maraqlarını irəli sürmək üçün zəruri görünən hər şeyə şübhəsiz nail olmaq istəyini əks etdirir”.

Rusiya XİN başçısı Qərbin mövqeyini barışmaz adlandırsa da, danışıqların işgüzar və sakit tərzdə keçdiyini əlavə edib. O, tərəflərin bir-birini başa düşmək perspektivinə ümidli olduğunu və təhlükəsizlik zəmanəti ilə bağlı danışıqların Moskvanın gözləntisinə uyğun keçdiyini söyləyib.

Rusiyanın baş diplomatı həmçinin qeyd edib ki, ABŞ və NATO Rusiyanın alyansın genişlənməməsinə dair zəmanət tələb etmək hüququnu qəti şəkildə rədd edir: “Rusiya ümid edir ki, ABŞ və NATO öz vədini yerinə yetirəcək və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasını kağız üzərinə qoyacaq”.

 

Gununsesi.info