
“ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”.
Gununsesi.info-nun məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O bildirib ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir:
“İndi bu ölkələr arasında demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq”.
Gununsesi.info