
ABŞ prezidentinin ardınca Kreml də Putinlə Tramp arasında gözlənilən görüşün bu ay baş tuta biləcəyini açıqladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kreml Putin-Tramp görüşünün hazırlanması üçün vaxt lazım olduğunu bildirib.
Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, “Əvvəlcə Rusiya-Amerika münasibətlərinin canlanması, sonra isə bərpası tələb olunacaq”.
Kreml həmçinin bildirib ki, dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdə Rusiya və ABŞ əsasən öz münasibətlərini müzakirə ediblər.
Ər-Riyadda aparılan danışıqların Ukrayna böhranının həlli istiqamətində mühüm addım olduğu bildirilərkən, Putinin ABŞ-ın təyin etdiyi şəxsdən asılı olaraq Rusiyanın Ukrayna müzakirəçisini təyin edəcəyi bildirilib.
Orxan Saffari