Suriyada ABŞ və Rusiyaya məxsus zirehli maşınlar arasında insidenti əks etdirən kadrlar yayılıb.
Gununsesiaz.info bildirir ki, video “Youtube” kanalında yerləşdirilib.
Hadisə Suriyanın şimal-şərq regionunda yerləşən Qamışlı rayonunun ərazisində baş verib.
Görüntülərdə Rusiya bayrağı sancılan “Tiqr” zirehli avtomobilinin bir karvanda hərəkət edən ABŞ zirehli avtomobillərini ötməyə çalışdığı əks olunub.