
Son zamanlar ABŞ-Şimali Koreya arasında gərginlik özünün kulminasiya nöqtəsinə çatıb. Hazırda Amerika Birləşmiş Ştatları ilə Şimali Koreya arasında müharibənin baş vermə ehtimalı az olsa da, teoretik olaraq iki dövlət arasında müharibə olacağı təqdirdə hansı tərəfin üstünlük qazanacağı hamıda maraq doğurur.
Gununsesi.info Türkiyə mətbuatına istinad edərək, iki ölkənin hərbi gücünün müqayisəsini təqdim edir:
İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ ordusu daha müasir texnoloji yeniliklərdən istifadə edir və əhalisinin ümumi sayı isə 323.995.528 milyondur.
Şimali Koreyanın ordusu isə köhnə silahlarla təmin olunub və əhalisinin sayı isə 25.115.331 milyondur.
Eyni zamanda, Pentaqonun 2016-cı il üçün təsdiq olunmuş hərbi büdcəsi 587,8 milyard dollardır. Şimali Koreyanın hərbiyə ayırdığı ümumi vəsait isə 7,5 milyard dollardır. Şimali Koreya Amerikadan hərbi sahədə xeyli geri qalır.
ABŞ və Şimali Koreya Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın olar ki, Amerikadan fərqli olaraq, Şimali Koreyanın heç bir zaman aviasiya daşıyıcı hazırlamaq ənənəsi olmayıb.
Hazırda 415 hərbi gəmisi olan ABŞ Şimali Koreyanın 967 gəmidən ibarət hərbi donanması ilə üzləşməli olacaq.
Amerika ordusunda 5,884 “Abrams” markalı tank mövcuddur. Bundan başqa, 2.400 “M1A1” və 2.385 “M1” tankı da istənilən an ordunun köməyinə gələ bilər.
Şimali Koreyanın ordusunda isə 5,25 tank var. Onu da nəzərə almaq lazımdır ki, texniki göstəricilərinə görə, “Abrams” tankları Şimali Koreyanın tanklarından qat-qat üstüdür.
Hava Hücumundan Müdafiə Sistemlərinin müqayisəsi zamanı Amerika dünyada ən çox hərbi aviasiyaya malik ölkədir. Belə ki, ABŞ ümumilikdə 2,296 ədəd müxtəlif təyinatlı hərbi təyyarəyə sahibdir. Şimali Koreyanın isə cəmi 458 təyyarəsi var.
Şimali Koreya ordusunun şəxsi heyətinin sayı 945 min nəfərdən ibarətdir.
Amerika ordusunun isə 1,4 milyonluq şəxsi heyəti bütövlükdə peşəkar hərbiçilərdən ibarətdir.
Şimali Koreyanın səfərbər edilə biləcək ehtiyatı 5 milyon nəfər qiymətləndirilir. ABŞ isə ağır günlərində 56 milyonluq ehtiyat gücə sahibdir.
Anar
Gununsesi.info