ABŞ vətəndaşından etiraf: Rusiya kəşfiyyatına...

  • By admin
  • 23 May 2017 21:20

 1025549503

 

ABŞ vətəndaşı olan Qriqori Castis adlı şəxs Rusiya xüsusi xidmət orqanlarına gizli peyk görüntülərini vermək istədiyini etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Pentaqonda müqaviləli şəxs kimi çalışan 49 yaşlı Castis işlədiyi yerdən gizli görüntüləri əldə edərək Rusiya kəşfiyyatçısına vermək istəyib.

ABŞ vətəndaşının 2016-cı ildən bəri əməkdaşlıq etdiyi həmin şəxsdən min dollar istədiyi də bildirilib.

Castisin 35 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.

 

Gununsesi.info