ABŞ və Avropa İttifaqı Paşinyanı öz imzasına hörmət etməyə çağırmalıdır - Deputat

  • By admin
  • 25 Yanvar 2023 00:38

Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərinin qanunsuz istismarına etiraz olaraq davam edən ictimai aksiya ABŞ-ın , Avropa İttifaqının ölkəmizə qarşı açıq tənqidlərinə səbəb olub.

Ancaq çağırışlara, tənqidlərə baxmayaraq, vətəndaş cəmiyyəti qurumlarının fəalları aksiyanı davam etdirir.

Bu arada isə Avropa Birliyi Azərbaycanla Ermənistan arasında sülh prosesini yalnız Ermənistanın xarici naziri ilə müzakirə edir və İrəvanın tələbinə uyğun olaraq iki ölkə arasındakı sərhəddə münaqişələrinin qarşısını almaq məqsədilə Ermənistana 200-dək müşahidəçi göndərməyə hazırlaşır.

Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında yaranmış sitasiyanı şərh edib.

Onun sözlərinə görə, ermənilərin təbliğat maşını guya, Xankəndində humanitar fəlakət yaratmağımıza yönəlik işləyib: “Avropalı siyasətçiləri üçün hazırda prioritet Ukrayna məsələsi olduğundan bizim məsələyə o qədər də fokusda deyil. Ona görə də ermənilərin lobbi qrupları hansı sənədi onların masasının üzərinə qoyurlarsa, ona inanırlar. Xankəndində yaşlı, xəstə  insanların oranı tərk etməsi,  yanacaq və sair kimi məsələlərin həlli Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. 

Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı olmaqla yanaşı, həm də Avropa İttifaqının bu günə qədər apardığı sülh təşəbbüsünü kölgə altına salır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən ABŞ və digər Avropa dövlətlərinin  öz ərazimizdəki qanunsuz istismara son qoyulmasına etiraz etdiyimizə görə bizi qınaması məntiqə sığmır”. 

Deputat deyir ki, 30 ilə yaxın müddət ərzində münaqişənin beynəlxalq vasitəçiliklə həllinə nail ola bilməyən həmin ölkələr heç olmasa bundan sonra sülh razılaşmasına xidmət etsinlər: “Biz məsələni öz gücümüzlə həll etdik. Ermənistanı torpaqlarımzdan çıxardır. Paşinyanı öz imzasına hörmət qoymağa məcbur etməlidirlər. Yoxsa, Azərbaycana qarşı qərəzli mövqe bizi heç nədən çəkindirməyəcək”. 

 

Mais

Gununsesi.info