ABŞ və Avropa Rusiyanın ‘çətin davranışına’ qarşı birgə mübarizə aparacaq

  • By admin
  • 25 Mart 2021 14:09

ABŞ və Avropa İttifaqının xarici işlər nazirləri deyiblər ki, onlar Moskvanın Ukrayna və Gürcüstana qarşı davam edən təcavüzü kimi “çətin davranışlarına”, habelə Rusiyada insan haqları və qanunun aliliyinə hörmətin “tükənməsinə” koordinasiyalı cavab verilməsi barədə razılığa gəliblər.

Martın 24-də Brüsseldə keçirilən danışıqlarlın ardınca verilmiş birgə bəyanatda ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell bildirilər ki, onlar Rusiyanın “dezinformasiya kimi hibrid hədələrinə, onun seçki proseslərinə müdaxilələrinə, ziyanlı kiberfəaliyyətlərinə və hərbi təhdidlərinə” koordinasiyalı şəkildə cavab vermək əzmindədirlər.

İki siyasətçi habelə Rusiyada müstəqil siyasi səslərin, vətəndaş cəmiyyətinin və media azadlığının sıxışdırlmasına da birgə reaksiya göstəriləcəyini deyiblər.

Gununsesi.info