ABŞ və Çin liderləri arasında telefon danışığı baş tutacaq

  • By admin
  • 10 İyul 2022 20:21

ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında qarşıdakı həftələrdə telefon danışığı baş tuta bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Taylandda keçirilən mətbuat konfransında ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.

O deyib ki, Vaşinqton tərəflərin qarşıdakı həftələrdə danışmaq fürsəti əldə edəcəklərini gözləyir.

Blinken G-20 ölkələrinin liderlərinin sammitində Bayden və Si Cinpinin görüşüb-görüşməyəcəyi ilə bağlı heç nə deyə bilməyəcəyini qeyd edib. Sammit bu ilin noyabr ayında İndoneziyanın Bali adasında keçiriləcək.

Xatırladaq ki, G-20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında Blinken çinli həmkarı Vanq Yi ilə görüşüb.

Gununsesi.info