ABŞ və Fransa səfirləri üçtərəfli görüşə görə Rusiya XİN-ə çağırıldılar

  • By admin
  • 14 Yanvar 2021 22:43

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ölkədəki ABŞ və Fransa səfirləri Con Sallivan və Pyer Levini qəbul edib.

Gununsesi.info xəbər verir ki, nazir müavini onları Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistan Baş nazirinin iştirakı ilə Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırıb.

Rusiya xarici işlər nazirliyinin məlumatına əsasən, qəbul zamanı Minsk Qrupunun həmsədr ölkələrinin mövcud problemin həlli istiqamətindəki birgə səylərinın artırılması ətrafında əsaslı fikir mübadiləsi aparılıb.

Gununsesi.info