ABŞ və İsraildən İrana gözdağı

  • By admin
  • 25 Yanvar 2023 01:11

İsrail və ABŞ orduları hazırlıqlarını yoxlamaq və aralarındakı əməliyyat əlaqələrini gücləndirmək üçün İsraildə və Aralıq dənizi sahillərində geniş hərbi təlimlərə başlayıb.

 

Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir.

Bildirilib ki, “ABŞ Mərkəzi Komandanlığı ilə Juniper Oak (Juniper Oak) birgə təlimi başlayıb.

Açıqlamada bu təlimin İsrail-ABŞ birgə hazırlıqlarının sınaqdan keçiriləcəyi və iki ordu arasında əməliyyat əlaqələrinin gücləndiriləcəyi, İsrail dəniz qüvvələrinin raket daşıyan gəmiləri və sualtı qayıqları ilə ABŞ təyyarə gəmisinin birgə təlim keçirəcəyi bildirilib.

“İsrail və ABŞ hava qüvvələrinin ABŞ-ın çoxlu sayda döyüş təyyarəsi, nəqliyyat təyyarəsi, pilotsuz uçuş aparatı, kəşfiyyat təyyarəsi, ağır bombardmançı təyyarələrinin iştirakı ilə fərqli ssenarilər həyata keçirəcək” deyə xəbərdə yazılır.

Həm döyüş təyyarələrinə, həm də bombardmançı təyyarələrə yanacaq dolduracaq İsrailin Re’em (Boeing 707) və ABŞ-ın Boeing KC-46A tanker təyyarələrinin təlimə qatılacağı bildirilən açıqlamada, “quru qüvvələri birgə təlim keçirəcək və ABŞ raket sistemi HIMARS” Uzun mənzilli raketlərin Türkiyə və İsrail sistemlərindən atılacağı bildirilib.

İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına görə, təlimlərə 450-si quruda, digərləri isə USS George HW Bush təyyarədaşıyan gəmisində olmaqla 6400 ABŞ əsgəri qatılacaq.

 

Tərcümə:

Mətləb