“ABŞ və müttəfiqləri Ukrayna ətrafında gərginliyi artırmaqdan əl çəkməlidir” - PESKOV

  • By admin
  • 31 Yanvar 2022 17:55

“Moskva Vaşinqtonu və onun Avropa qitəsindəki müttəfiqlərini Ukrayna ətrafında gərginliyi artırmaqdan əl çəkməyə çağırır”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz mediaya Ukrayna ətrafında vəziyyəti necə işıqlandırmağın lazım olduğunu deyə bilmərik, amma vətəndaşlara təxribat xarakterli məlumatlara inanmamağı tövsiyə edirik”, – o bildirib.

 

 

Gununsesi.info