ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanıb

  • By admin
  • 25 Aprel 2021 18:06

ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması prosesinə start verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkədəki ABŞ və NATO qoşunları komandanı general Skot Miller Kabildəki mətbuat konfransı zamanı bəyan edib.

O bildirib ki, çıxarılan hərbi kontingentin istifadəsində olan bazalar Əfqanıstan hərbçilərinə təhvil veriləcək.

Qeyd edək ki, qoşunların çıxarılması prosesinin sentyabrın 11-dək başa çatdırılması planlaşdırılır.

Gununsesi.info