“ABŞ Venesuela müxalifətini öz çətiri altına götürür” -ŞƏRH

Ötən gün Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra ona qızıl medal təqdim edib.

Bunun simvolik xarakter daşıdığını deyən Milli Məclisin deputatı Tural Gəncəliyev Gununsesi.info -ya açıqlamasında qeyd edib ki, ABŞ Venesuela müxalifətini öz çətiri altına götürür:

O qeyd edib ki, Maçadonun tərəfdarlarının hamısı Trampın Venesuela ilə bağlı siyasətini dəstəkləyir:

“Belə demək olarsa, onlar onun hegemonluğunu qəbul edirlər.

Maraqlıdır ki, eyni zamanda hazırda Venesuelada olan rəsmi hakimiyyət Trampla əməkdaşlıq etməyə maraqlı olduğunu və ABŞ-ın tələblərini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Nəticə etibarilə ABŞ-la Venesuela arasında münasibətlər normallaşıb”.

Şəbnəm

Gununsesi.info