ABŞ Venesuela seçkilərinin nəticələrindən narazıdır

“ABŞ Venesuela hakimiyyətinin elan etdiyi prezident seçkilərinin nəticələrinin “xalqın iradəsini əks etdirməməsi” ilə bağlı “ciddi narahatçılığa” malikdir”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken mətbuat konfransında deyib.

“Biz Venesuela seçki komissiyasının bəyanatını gördük. Elan edilmiş nəticələrin Venesuela xalqının iradəsini və ya səslərini əks etdirməməsi ilə bağlı ciddi narahatlığımız var”, – deyə o, bildirib.

Qeyd edək ki, Venesuela Milli Seçki Şurasının bülleteninə əsasən, protokolların 80%-i hesablandıqdan sonra seçicilərin 51,2%-i Nikolas Maduronu dəstəkləyib.

 

 

Şəbnəm

Gununsesi.info