ABŞ Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib

  • By admin
  • 03 Dekabr 2019 21:30

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. 

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Siyahıya “Petroleos de Venezuela” (PDVSA) şirkətinə məxsus 6 tanker də əlavə olunub.

Nazirlikdən bildirilib ki, Venesuela tankerlərinə qarşı növbəti sanksiyalar neft sektorundakı korrupsiyaya qarşı mübarizə məqsədi daşıyır.

 

Gununsesi.org