ABŞ viza rüsumunu artırır

ABŞ ölkəyə səfər etmək istəyən şəxslər üçün viza rüsumunu 25 dollar artıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı səfirliyi öz feysbuk hesabında paylaşıb.

Məlumata görə, cari ilin iyunun 17-dən ziyarətçi vizası daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artırılacaq.

Qeyd edək ki, ABŞ Dövlət departamenti sözügedən rüsumun mayın 30-dan artırılacağı barədə məlumat yaymışdı.