ABŞ Yəmənə yenidən zərbə endirdi

  • By admin
  • 27 Yanvar 2024 09:48

Amerika hərbçiləri Yəməndə “Ənsarullah” hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini hədəfə alıblar.

Gununsesi.info APA-ya istinadən bildirir ki,  bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Yanvarın 27-də, Səna vaxtı ilə təxminən saat 03:45-də CENTCOM qüvvələri Qırmızı dənizə doğru yönəlmiş və atəşə hazır olan Husilərin gəmi əleyhinə raketini vurub”, – komandanlığın mətbuat ofisi X hesabında bildirib.

CENTCOM-un məlumatına görə, ABŞ ordusu hədəfin “bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaratdığını” hesab edir.

Gununsesi.info