ABŞ Yəməndə 5 hücum həyata keçirib

  • By admin
  • 19 Fevral 2024 08:44

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə qarşı 5 müdafiə zərbəsi endirib.

Gununsesi.info bildirir ki, CENTCOM X sosial media platformasında açıqlama verib.

Açıqlamada CENTCOM-un Yəməndə İranın dəstəklədiyi husilərə aid hədəflərə 5 dəfə müdafiə hücumu həyata keçirdiyi qeyd edilib.

Açıqlamada hücumların husilərin nəzarəti altında olan ərazilərdə hərəkət edən 3 gəmi əleyhinə idarə olunan raket, bir pilotsuz sualtı vasitəsi (UUV) və bir pilotsuz suüstü vasitəsinin (USV) hədəf alındığı və Husilərin müşahidə edildiyi bildirilib.

Husilərə bağlı “əl-Mesirah” televiziyasında yer alan xəbərə görə, ABŞ və İngiltərə Hərbi Hava Qüvvələri ötən gün Hudeydə şəhərinin Əs-Salif bölgəsinin Ra’s-İssa bölgəsinə 5 hava zərbəsi endirib.

Xəbərdə Əl-Kasib bölgəsinə 2 hava hücumu təşkil edildiyi, Beytul Fakih bölgəsindəki Cah bölgəsi və Dureyhimi bölgəsindəki Taif bölgəsinin də hədəf alındığı bildirilib.

İranın dəstəklədiyi Yəməndəki husilər 31 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini Yəmən sahillərində ələ keçirməyə başlayıblar.

Gununsesi.info