ABŞ və İngiltərə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə həyata keçirdikləri hava əməliyyatı çərçivəsində Yəməndə husilərin 8 hədəfini vurduqlarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyinin dərc etdiyi birgə açıqlamada ABŞ və Böyük Britaniya silahlı qüvvələrinin digər 4 ölkənin dəstəyi ilə Qırmızı dənizdə ticarət gəmilərini hədəf alan Yəməndəki husilərə aid bəzi nöqtələri vurduğu bildirilib.
Qeyd olunub ki, sözügedən hava hücumları husilərin ticarət gəmilərinə və dolayısı ilə qlobal ticarətə qarşı təhdidlərini aradan qaldırmaq məqsədilə həyata keçirilib.
Qeyd edilib ki, husilər də yanvarın 11-dən koalisiya gəmilərinə ballistik raket hücumları və ABŞ-ın ticarət gəmilərinə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
“Bugünkü hücumda xüsusi olaraq husilərin yeraltı anbar sahəsi və onların raket və hava nəzarəti imkanları ilə bağlı yerlər hədəf alınıb”, – deyə bildirilib.
Vurulan hədəflərin sayının 8 olduğu qeyd edilib.
Gununsesi.info