ABŞ Yaxın Şərqə minlərlə əsgər göndərəcək

İsrailin Hizbullah hərəkatına hücumları fonunda ABŞ Yaxın Şərqə əlavə 2-3 min əsgər göndərir.

Gununsesi.info xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.

Pentaqon rəsmiləri əlavə qüvvələrin artıq bölgədə olan 40 000 ABŞ əsgərinin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

Rəsmilər ABŞ-ın bölgəyə F-15, F-16 və F-22 döyüş təyyarələri, həmçinin A-10 döyüş təyyarələri göndərəcəyini bildirib.

Qeyd olunur ki, Pentaqon göndərilən əlavə qoşunların dəqiq sayını açıqlamaqdan imtina etsə də, bir məmur bu rəqəmi 2-3 min hərbçi hesab edir.

Bundan əvvəl ABŞ və İsrail Müdafiə nazirliklərinin rəhbərləri Lloyd Ostin və Yoav Qalant arasında telefon danışığı olub və onlar Livandakı əməliyyat məsələsi ilə bağlı razılığa gəliblər.

Xüsusən də, nazirlər Livanda “hücum infrastrukturunun sökülməsi”nin vacibliyini bəyan ediblər ki, Hizbullah İsrailin şimal icmalarına “7 oktyabr hücumlarını” həyata keçirə bilməyəcək.

 

 

Gununsesi.info