ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdə daha genişmiqyaslı regional müharibənin qaçılmaz olmadığına inandığını açıqlayıb.
Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazirliyin müavini Sabrina Sing jurnalistlərin suallarını cavablandırıb.
İranın İsrailə hücumunun qaçılmaz olub-olmaması ilə bağlı sualı cavablandıran Sing, bunu qətiliklə görmək istəmədiklərini və Yaxın Şərqdə “daha genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inandıqlarını” söyləyib.
Sinq daha sonra qeyd edib ki, onlar regionda gərginliyi azaltmağın ən yaxşı yolunun Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi və “Amerikalı məhbusların evlərinə qaytarılması” olduğuna inanırlar.
Bölgəyə əlavə qüvvələr göndərdiklərini ifadə edən Sing, İsrailin müdafiəsini dəstəkləmək, ABŞ qüvvələrinin müdafiəsini gücləndirmək və cavab verməyə hazır olmalarını təmin etmək üçün, ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməyə davam etdiyini bildirib.
Günel Həsənova
Gununsesi.info