ABŞ Yaxın Şərqdəki qüvvələrini qorumaq üçün lazımi tədbirlər görəcək

  • By ilhame
  • 29 Yanvar 2024 23:09

ABŞ-nın müdafiə naziri Lloyd Ostin Suriya-İordaniya sərhədinə hücum zamanı 3 ABŞ hərbçisinin həlak olması fonunda Vaşinqtonun Yaxın Şərqdəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Ostin Pentaqonda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə baş verənlərdən “qəzəbləndiyini və kədərləndiyini” deyib.

 

“Prezident və mən Amerika qüvvələrinə hücumlara dözümlü yanaşmayacağıq. Biz ABŞ-ni və ordumuzu qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, – nazir əlavə edib.

 

“Pentaqona qayıtdığım üçün şadam. Özümü yaxşı hiss edirəm və sağalıram, hələ də sağalıram”, – Ostin bildirib.

 

Yanvarın əvvəlində prostat xərçənginin müalicəsinin ağırlaşması ilə xəstəxanaya yerləşdirildikdən sonra o, Pentaqona əyani işə qayıdıb.

Gununsesi.info