ABŞ yeni “F-35A Lightning II” qırıcı-bombardmançı təyyarələri Avropaya göndərir

  • By admin
  • 15 Aprel 2017 07:09

f 35 a

ABŞ yeni “F-35A Lightning II” tipli qırıcı-bombardmançı təyyarələrini Avropaya göndərəcək.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

“ABŞ Hərbi-Hava Qüvvələri Avropada keçiriləcək təlimlərə məhdud sayda “F-35A Lightning II” təyyarələri göndərəcək. Təyyarələr ABŞ və NATO-nun digər təyyarələri ilə bir neçə həftə təlimlərdə iştirak edəcək”, –  deyə məlumatda bildirilir.

Təyyarələr göndərilməsi avropalı müttəfiqlərə zəmanət proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram “Rusiyanın təcavüzkarlığı” ilə mübarizə aparmaq təşəbbüsü ilə çıxış etmiş Barak Obama administrasiyası tərəfindən irəli sürülüb.

“F-35”  təyyarələri 2020-ci illərin əvvəllərindən etibarən Avropada daimi əsasda yerləşdiriləcəklər.

Vaşinqton bir neçə ildən sonra İŞİD-lə mübarizə çərçivəsində Yaxın Şərqdə də “F-35” təyyarələrini yerləşdirmək niyyətindədir.

Gununsesi.info