ABŞ yığmasının baş məşqçisi Klinsman vəzifəsindən kənarlaşdırıldı

  • By admin
  • 22 Noyabr 2016 08:38

Sandy, Utah - Tuesday, June 18, 2013: USMNT vs Honduras at Rio Tinto Stadium during a WC qualifying match.

ABŞ futbol  yığmasının baş məşqçisi Yurgen Klinsman vəzifəsindən kənarlaşdırılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ Futbol Federasiyasının açıqlamasında bildirilir.

İstefanın səbəbləri hələ ki, açıqlanmır. Ətraflı məlumatın bir qədər sonra veriləcəyi qeyd olunur.

Almaniya millisinin keçmiş hücumçusu 2011-ci ildən ABŞ yığmasına rəhbərlik edirdi.

Ehtimala görə, Futbol Federasiyasının almaniyalı mütəxəssisi millidən uzaqlaşdırmasının əsas səbəbi komandanın DÇ-2018-in seçmə mərhələsində zəif çıxış etməsidir.

Gununsesi.info