ABŞ Yunanıstana CAATSA sanksiyası tətbiq edəcək?

  • By admin
  • 03 Sentyabr 2022 14:23

Bir müddət əvvəl Yunanıstanın kəşfiyyat missiyasını yerinə yetirən Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salması ilə bağlı məlumat yayılmışdı. Afina isə yayılan məlumatları təkzib etmişdi.

Gununsesi.info xəbər verir ki, mövzu ilə bağlı Türkiyə mediasında “ABŞ Yunanıstana CAATSA sanksiyası tətbiq edə bilərmi” sualını formalaşdırmışdı.

HTML tutorial

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən açıqlama verilib.

“Yunanıstana məxsus Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərinin Krit adasında mövcudluğu 2017-ci il tarixli “ABŞ-ın Düşmənləri ilə Sanksiyalar Yolu İlə Mübarizə Qanunu”na (CAATSA) aidiyyatı yoxdur”, – açıqlamada bildirilib.

Gununsesi.info