ABŞ zəlzələ ilə bağlı Türkiyəyə yardım təklif etdi

  • By admin
  • 06 Fevral 2023 09:18

ABŞ zəlzələyə görə Türkiyə tərəfinə yardım təklif edib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Co Baydenin müşaviri Ceyk Sallivan bu barədə danışıb.

O qeyd edib ki, ölkəsi zəlzələdən böyük narahatlıq hissini paylaşır və Türkiyə tərəfindən hakimiyyət nümayəndələri ilə kontakt saxlayıb.

“ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik”, – deyə Sallivan söyləyib.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Gununsesi.info