ABŞ zəlzələyə görə Suriyaya qarşı sanksiyaları yumşaldıb

  • By admin
  • 10 Fevral 2023 09:28

Vaşinqton zəlzələdən zərər çəkən Suriyaya yardımların çatdırılmasına şərait yaratmaq məqsədi ilə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları 8 avqust 2023-cü ilə qədər yumşaldıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Söhbət zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatların dəstəklənməsi üçün vəsaitlərin yığılması və köçürülməsindən gedir.

Xatırladaq ki, ötən gün BMT-nin Baş katibi Antonio Quterreş bildirmişdi ki, tətbiq edilən sanksiyalar zəlzələdən ciddi zərər çəkmiş Suriyaya yardımın göstərilməsinə mane olmamalıdır.

Gununsesi.info