“Abşeron” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

  • By ilhame
  • 16 Sentyabr 2024 21:11

“Abşeron” basketbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki ,paytaxt təmsilçisi türkiyəli Erhan Tokerlə 1 illik müqavilə imzalayıb.

 

O, bu postda həmyerlisi Uğur Özdemiri əvəz edib.

 

Qeyd edək ki, mütəxəssis Türkiyədə “Qalatasaray”ın aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi kimi və “Tofaş” komandasında fəaliyyət göstərib.

Gununsesi.info