Abşeron dairəvi dəmir yolu xəttində əlavə 61 reys təyin olunacaq

“Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində əlavə 61 reys təyin olunacaq”.

 Gununsesi.info  xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılıb.