Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşımada ödənişlər ADY kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.
Bu haqda Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Agentlik ADY kartının üstünlüklərini açıqlayıb:
– Kağız bilet almaq üçün kassalarda növbələrə ehtiyac qalmayacaq.
-Kartın balansını öncədən artıra biləcəksiniz.
– Kağız biletlərdən istifadənin minimuma endirilməsi ətraf mühitin mühafizəsini dəstəkləyir.
– ADY kartları ilə gediş haqqı kağız biletlərin qiymətindən 10 qəpik ucuzdur.
– İstədiyiniz zaman ADY kartını kassalara geri qaytararaq kartın dəyərini və balansındakı məbləği geri ala bilərsiniz.
Gununsesi.info