Abşeron ölümlə nəticələnmiş yol qəzası baş verib

  • By admin
  • 02 Dekabr 2016 10:43

piyade
Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə bu gün saat 03 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Rüfət Əliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info