
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.
Gununsesi.info xəbər verir ki, görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov iştirak edib.
Tədbirdə RİH başçısı A.Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi mükəmməl siyasəti ilə şanlı zəfər qazandığımız Vətən Müharibəsindən sonra azad olunan torpaqlarda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri həyata keçirilir.
Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etməkdədir.
Abşeron rayonunda da bu diqqətin bundan sonra da həyata keçiriləcəyini vurğulayan Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb. Onların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

