Abşeron rayonunda üçmərtəbəli evdə yanğın baş verib

  • By admin
  • 12 Dekabr 2019
Abşeron rayonunda yaşayış evində yanğın baş verib. 
Gununsesi.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Görədil kəndində ümumi sahəsi 510 kvm olan üçmərtəbəli mansarda tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kvm sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.org