Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, 02.09.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Novxanı” və “Mehdiabad” QPS-lərdən, “SOCAR PETROLEUM” QSC-yə məxsus 20 saylı yanacaq doldurma məntəqəsi ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Novxanı kəndinin, Bağlar massivinin və Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

HTML tutorial

Gununsesi.info