Abşeron və Bakıda yanğın hadisəsi baş verdi

  • By admin
  • 24 Fevral 2017 09:48

fhn-yangin-sonduren

Abşeron və Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 10 p.m elektrik naqili yanıb. Mənzillər yanğından mühafizə olunub.

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Gununsesi.info