Abşeronda sərnişin avtobusu yanıb

  • By admin
  • 19 İyul 2016 15:53

avt

 

Abşeron rayonunda “DAEWOO” markalı sərnişin avtobusunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya bildiriblər ki, hadisə nəticəsində avtobus yanaraq yararsız vəziyyətə düşüb. Alovun təsirindən yaxınlıqda 500 kvadratmetr sahədə quru ot yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info