Abşeronda 46 yaşlı kişinin meyiti tapılıb

Abşeron rayonunda kişi meyiti aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

HTML tutorial

Məlumata görə, Qobu qəsəbəsində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info