Abşeronda 7 nəfər arasında kütləvi dava baş verib - YARALANAN VAR

  • By admin
  • 12 Aprel 2018 08:22

Abşeronda 7 nəfər arasında əlbəyaxa dava olub.

Gununsesi.info “Report”a istinadən bildirir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Gununsesi.info