Abşeronda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə düşmən üzərində cəmi 44 günə tarixi qələbə qazanıb. Bu qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edilib, haqq-ədalət bərpa edilib. Əsgər və zabitlərimiz yüksək peşəkarlıq və döyüş əzmi göstərərək düşməni Kapiltulyasiya Aktını imzalamağa məcbur edib və bununla da Azərbaycan tarixinə qələbə günü – Zəfər Günü qızıl hərflərlə yazılıb.

“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla rayonunbütün kənd və qəsəbələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilatlar, şəhid ailələri və qazilər, gənclər, könüllülər və rayon ictimaiyyəti fəal iştirak ediblər. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından başlanan aksiyadaşəhid ailələri və qazilərlə birgə kənd və qəsəbələrdəmüxtəlif növ ağac və gül kolları əkib.

HTML tutorial

Aksiya çərçivəsində Abşeronun müxtəlif  ərazilərində ümumi sayı 4400 ədəd olmaqla,əsasən də çinar, Eldar şamı, kiparis, sərv,evkalipt, zeytun və digər həmişəyaşıl ağacın əkilməsi həyata keçirilmişdir.Yeni əkilmiş ağaclara üzvi gübrə verilmiş, suvarılmış və lazimi aqrotexniki qulluq göstərilib.

Bundan əlavə, rayonda ümumi iməclik həyata keçirilmiş, o cümlədən kənd və qəsəbələrdə olan Şəhid Xatirə Komplekslərinin ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınaraq gül-çiçək əkilib.

Ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində işlər bundan sonra da mütəmadi davam etdiriləcək.

Gununsesi.info