Abşeronda baba və nəvəni maşın vurub

  • By admin
  • 10 Avqust 2017 12:36

yencag.az_2017-08-09_15-16-59-408x282

Abşeronda baba və nəvəni maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri – Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info