Abşeronda BMW aşdı: yaralılar var

  • By admin
  • 29 Dekabr 2022 21:20

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) “BMW” markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info