Abşeronda faciə - 37 YAŞLI KİŞİ YANARAQ ÖLDÜ

  • By admin
  • 11 Noyabr 2017 08:20

Abşeron rayonunda yanğın baş verib.

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info