Abşeronda göl daşdı, həyətyanı sahələri su basdı

  • By admin
  • 23 Fevral 2017 09:30

su-1

Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Gununsesi.info-nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib.

Hazırda suyun çəkilməsi işləri davam etdirilir.

Gununsesi.info