Abşeronda Heydər Əliyevin abidəsi ziyarət olundu - 15 İYUN TƏDBİRİ - FOTOLAR

  • By admin
  • 16 İyun 2022 10:11

Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib. Bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. 

Gununsesi.info xəbər verir ki, dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin abidəsini gün ərzində rayon içtimaiyyəti tərəfindən ziyarət olunur.

Eyni zamanda Abşeron məktəbliləri və uşaq bağçalarının fidanları Xırdalan şəhərindəkı Ulu Öndərin adını daşıyan istirahət parkına gələrək burada hazırladıqları bədii kompozisiyaları nümayiş etdiriblər.

Gununsesi.info