Abşeronda iki avtomobil toqquşub, xəsarət alan var

  • By admin
  • 11 Aprel 2023 09:30

Abşeron rayonunda 46 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Əliyev Süleyman Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info